Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək.
İdmanxeber.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
“Liv Bona Dea Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, milli iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.
11 iyun
20:00. Azərbaycan U-21 – Bolqarıstan U-21
“Liv Bona Dea Arena”