Millimizin 3 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçünün xidmətinə ehtiyac duymayıb.
Bu oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.