09 Noyabr 2024
Ölkə futbolu

“Milliyə dəvət aldığım üçün çox qürurluyam” – Zamiq Əliyev

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş yığmanın Millətlər Liqası çərçivəsində keçirəcəyi Slovakiya və Estoniya görüşləri üçün heyətini açıqlayıb. Təcrübəli mütəxəssis komandaya 24 futbolçu cəlb edib.

Onların arasında Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev də var. İlk dəfədir əsas yığmaya çağırılan müdafiəçi İdmanxeber.az saytına təəssüratlarını bölüşdü:

“Allah çox şükür ki, ən böyük hədəfim gerçəkləşdi. Milliyə dəvət aldığım üçün çox xoşbəxt və qürurluyam. Açığı, çağrılacağıma inanırdım. Dəvət gözləyirdim millidən. Əlimdən gələni edəcəm ki, yığmaya layiq şəkildə mübarizə aparım. Davamlı milliyə dəvət almaq və əsas heyətdə oynamaq istəyirəm. Qarşıdakı çətin iki oyun var. Hər iki görüşdə dən xalla qazana bilərik. Bunu bacaraq gücümüz var”.

Xatırladaq ki, Azərbaycan yığması oktyabrın 11-də səfərdə Estoniya ilə, 14-də isə Bakıda Slovakiya komandaları ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43