05 Oktyabr 2022
Milli komanda

“Milliyə dəvət olunmamağım zədə ilə bağlı deyil” – Qara Qarayev

“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ” klubunda çıxış edən Qara Qarayev Slovakiya və Qazaxıstana qarşı UEFA Millətlər Liqasının oyunları üçün Azərbaycan millisinə dəvət almaması ilə bağlı şəxsi instaqram hesabında yazıb.

30 yaşlı yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin qərarına hörmətlə yanaşdığını bildirib: “Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram. Hər iki matçda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər”.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan yığması 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Millimiz yenə uduzdu (YENİLƏNİB)

admin

FIFA-dan cavab gəldi: “Metallurq”un futbolçusu millimizdə oynaya bilər

admin

FİFA reytinqi açıqlandı: millimiz neçəncidir ?

admin