19 Sentyabr 2024
Ölkə futbolu

Miodraq Bojoviç: “İndiki heyətdə olan oyunçular yetərli olacaq”

“İlk növbədə Azərbaycan xalqına 34 ildən əvvəl baş verən hadisələrə görə bağlı başsağlığı verirəm. Oyuna gəlincə, məncə, biz pis oynamadıq. Oyuna yaxşı başladıq, ilk yarıda qol vurmaq üçün imkanlarımız var idi. “Sabah”da da qol epizodları yara bilmişdi. İkinci yarı da dinamik və maraqlı keçdi. Hər iki komandanın qol imkanı var idi. Məncə, bərabərlik ən ədalətli nəticə oldu”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Sabah”la görüşündən sonra deyib. O, daha sonra belə davam edib:

Biz iki yeni oyunçu ilə müqavilə imzalamışıq. Onlar bizimlədir. Heyətdə 2 zədəlimiz var. İndiki heyətdə olan oyunçular yetərli olacaq. Fiziki olaraq hazır olmaq üçün daha çox vaxt lazım olacaq. Amma komanda ən azından mübariz şəkildə irəliləsə, əvvəlkindən daha yaxşı olacaq. Bu gün meydanda biganə qalan hansısa oyunçunu görmədim. Nəticə onlar üçün önəmli idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43