24 Yanvar 2022
Ölkə futbolu

Mirabdulla Abbasov: “Azarkeşlərin olmaması bizə mənfi təsir edir”

Azərbaycan kubokun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” ilk oyunda evdə “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. Oyunun ardından “Neftçi”nin hücümçusu Mirabdulla Abbasov görüş barəsində fikirlərini bildirib:

 

“Oyuna yaxşı başlamadıq. İki sıfır geriyə düşsək də, oyunu çevirməyə bacarmadıq. Kifayət qədər qol epizodlarımız oldu, ancaq bacarmadıq. Bu matça iki oyun olaraq dəyərləndirirəm. Ümid edirəm ki, cavab qarşılaşmasında hər şeyi edib mərhələni keçən biz olacayıq.

Hiss olunurdu ki, rəqib oyuna yaxşı hazırlanıb. Bu səbəbdən istədiklərimizləri edə bilmədik. Düşünümürəm ki, komandada bir eniş dövrü var. Belə şeylər futbolun içində olur. Toplanıb qarşıdakı oyunlarda daha yaxşı işlər görməliyik.

“Forza Neftçi”nin stadionda olmamasına da münasibət bildirən futbolçu aradakı probleminin nə olduğunu bildəyini söyləyib:

“Təbii ki, onların olmaması müəyyən qədər təsir edir. Ancaq bugünkü hesabı onların gəlməmələrinə bağlaya bilmərəm. Bu çox da qlobal problem deyil. Rəhbərliklə azarkeşlər arasında olan problemin nə olduğu bilmədiyimdən bu barədə nəsə deməyim doğru olmaz”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ruslan Abışov Kazana niyə yollanmadı?

admin

“Neftçala” 3-0 “Rəvan” – VİDEO

admin

Əmrah Çəlikəl kubok sevincini görün kimlərlə bölüşdü – FOTOLAR

admin