18 Oktyabr 2021
Ölkə futbolu

Mirabdulla Abbasov “Neftçi”nin tarixinə düşdü

Topaz Premyer Liqasının X turunun “Keşlə” ilə oyununda 1:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 20-ci qolunu vurub. Bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Belə ki, cari mövsümədək 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. Paytaxt təmsilçisinin yubiley qoluna Mirabdulla Abbasov imza atıb.

Azərbaycan çempionatlarında ən çox qol vuran komanda olan “Neftçi” 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Beriya: “Məşqçimiz “Qəbələ” barəsində bizə məlumat verib”

admin

“Rəvan” Vladislav Qədirova əvəzləyici tapdı

admin

“Qəbələ” çempionata tam hazırdır” – Sənan Qurbanov

admin