Ölkə futbolu

Mirabdulla Abbasov: “Sonda azarkeşlərimizi sevindirəcəyimizə inanıram”

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov “Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

İlk qolun müəllifi olan futbolçu komandamızın çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyinə inandığını deyib:

“Əfsuslar olsun ki, qalib gələ bilmədik. Qələbə qazanmaq üçün çox çalışdıq, amma təəssüf ki, alınmadı. Artıq növbəti matça köklənməliyik, qarşıdakı oyunları düşünməliyik. Çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43