Son zamanlar "Atletiko"dan ayrılmağı gündəmdə olan Juan Mirandanın klubda qalacağı dəqiqləşdi.
İdmanxeber.com-un məlumatına görə, 2011-ci ildən "Atletiko"da çıxış edən Miranda ilə "Çelsi", "Barselona" və "Mançester Yunayted" klubları maraqlansa da, futbolçunun keçidi baş tutmayıb. Buna səbəb isə "Atletiko"nun Mirandaya qoyduğu 30 miylon avroluq təzminat olub. Bu qiymətlə heç bir klub razılaşmadığı üçün futbolçu yeni mövsümü "Atletiko"nun heyətində keçirəcək.