Ölkə futbolu

Mirça Rednik: “Mənim “Xəzər Lənkəran”a gələ biləcəyimlə bağlı sualları rəhbərliyə verin”

"Bu həftə yəqin ki, alınmayacaq. Böyük ehtimalla, növbəti Azərbaycana gələcəm. İndi Belçikadayam, burda viza almaq çətindi. Gərək Buxarestə uçum, bilet, viza problemlərini orda həll edim. Təbii ki, hansısa komanda ilə müqavilə bağlamasam. Yeni anlaşma əldə olunsa, səfərim yubanacaq".

Bu sözləri bir vaxtlar "Xəzər Lənkəran"ı çalışdırmış cənublu fanatların sevimlisi Mirça Rednik deyib. Bu yaxınlarda Lənkərana səfəri nəzərdə tutulan təcrübəli mütəxəssis, məqsədinin sadəcə azarkeşlərlər görüşmək olduğunu deyib.

"Kiminsə postuna göz dikən adam deyiləm. Heç vaxt iş dalınca qaçmamışam, iş özü məni tapır. Dediyim kimi, səfərdə məqsədim azarkeşlərlə görüşmək, onlarla söhbət etməkdi. Aramızda həmişə xoş münasibət olub, indinin özündə də bəziləri ilə "feysbuk"da danışırıq".
"Mənim "Xəzər Lənkəran"a gələ biləcəyimlə bağlı sualları rəhbərliyə verin. Onlar sizə daha maraqlı açıqlamalar verə bilər. Öncə təklif gəlməlidir ki, mən də öz fikrimi bildirim".
Futbol+
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43