27 Fevral 2024
Ölkə futbolu

Mirça Rednik: “Mübariz Mənsimovda mənim nömrəm var”

“Xəzər Lənkəran”ın eks çalışdırıcısı Mirça Rednik komandaya mümkün dönüşü barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı əvvəlcə dünənki oyun zamanı stadiondan onun adının səsləndirilməsinə münasibət bildirib: “Bu, o deməkdir ki, komanda mənim rəhbərliyim altında yaxşı oyun nümayiş etdirib. Bizim lənkəranlı azarkeşlərlə çox isti münasibətlərimiz var. Adımın o stadionda səsləndirilməsi mənim üçün çox yaxşı haldır”.

Rednik XL-ə mümkün dönüşü haqdasa bunları deyib: “Mənim nömrəm Mübariz Mənsimovda var. Əgər mənə təklif gəlsə, mən yenidən Lənkəranda çalışmağa razı ola bilərəm. O komanda mənə yad deyil”.

Dünən azarkeşlərin Mırça Redniki səsləməsindən sonra Mustafa Dənizli köməkçilərindən Rednik barədə soruşub. Rednik Dənizliyə vikipediyanı açmağı tövsiyyə edib: “Mustafa Dənizli vikipediyanı açsın, orada mənim haqqımda çoxlu məlumatlar var. Mən müxtəlif komandalarla müxtəlif kubok və titullar qazanmışam”.

Rednik “Xəzər Lənkəran”ın hazırki problemləri barədə danışmayıb. Matçları diqqətlə izləmədiyini deyən mütəxəssis bu barədə konkret fikrinin olmadığını bildirib.

Mənbə: Azerisport


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43