İdman

Mirhüseyn və Nizami azadlığa buraxıldı

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Keşlə” matçı zamanı şübhəli bilinən və adı oyun alqı-satqısında hallanan qonaqların iki üzvü – Mirhüseyn Seyidov və Nizami Hacıyev saxlandıldıqları polis şöbəsindən azadlığa buraxılıblar.

İdmanxeber.com-un məlumatına görə, sözügedən futbolçuların günahları sübuta yetirilməyib. Ümumiyyətlə futbolçuların konkret hansı hüquq-mühafizə orqanı tərəfindən saxlanılması barədə məlumat verilməyib.

Bununla belə “Keşlə” klubunun rəsmi saytı bu gün  N.Hacıyev və M.Hüseynovun Azərbaycan Premyer Liqasının son 5-6 matçında danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verdiyi haqda bəyənat yayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43