Almaniya II Budesliqa klubu Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreli barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis millimizin üzvünün qarşıdakı “Darmştadt” oyununda mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb:
“Emrelinin əsas heyətdə yer alması mümkündür. Məşqdə özünü göstərib”.
Emreli cəzalı olduğu üçün son turda “Şalke” ilə matçı buraxmaq məcburiyyətində qalmışdı.