21 Oktyabr 2024
Ölkə futbolu

Miroslav Kloze: “Mahir zədə səbəbindən uzun müddət əziyyət çəkdi”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya II Bundesliqasının 9-cu turunda “Qroyter” üzərində qazanılan qələbəni (4:0) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıı millimizin üzvü Mahir Emrelinin qolunu da münasibət bildirib:

“Uzun müddətdir ki, Tsimas və Emrelinin meydanda bir-birini anlamağa başlamasını gözləyirdik. Mahir zədə səbəbindən uzun müddət əziyyət çəkdi, amma ona vaxt verdik.  Futbolçular mənimlə məşq etdikləri üçün belə bayram edirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43