05 Oktyabr 2024
Dünya futbolu

Misir millisinin futbolçusu vəfat etdi

Misirin “Fyuçe” klubunun futbolçusu Əhməd Refat 31 yaşında ürəktutmasından vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, martın 11-də Misir çempionatında “Əl-İttihad”la matçda Refatın ürəyi dayanıb və o, huşunu itirərək meydana yıxılıb. Misir millisinin üzvü bir müddət xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ə.Refat karyerası ərzində Səudiyyə Ərəbistanının “Əl-Vahda”, Misirin “Əl-İttihad”, “Zamalek”, “Əl-Məsri” və bir sıra klublarında çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43