AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının IX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” – “Şamaxı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Həmin matçda bölgə təmsilçisinin üzvü Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və komandasını 500 manat ziyana salıb.
“Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” matçları zamanı ev sahibi komandaların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klubların hərəsi 800 manat cərimələnib.