AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bu gün Antalyada Bakının “İnter” komandasının düşərgəsinə baş çəkiblər.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın təlim-məşq toplanışının gedişi ilə maraqlanan Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şakir Qəribov baş məşqçi Kaxaber Sxadadze ilə fikir mübadiləsi aparıblar, komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıblar.