Dünya futbolu

“Mladost” – “İnter” matçının hakimləri açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “İnter” (Bakı) – “Mladost” (Luçani, Serbiya) matçını idarə edəcək hakimlərin adı açıqlanıb.  

İdmanxeber.com-un məlumatına görə, UEFA matçı Rusiyadan olan hakimlərə tapşırıb. Belə ki, matçın baş hakimi Aleksandr Matyuni olacaq. Ona həmyerliləri –  Anton Kobzev və Aleksey Lunyov köməklik edəcəklər. Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 29-da “Luçani” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43