28 Oktyabr 2024
Dünya futbolu

MLS klubunun qapıçısı 25 yaşında vəfat etdi

Amerika klubu “Filadelfiya Union”un qapıçısı Holden Trent 25 yaşında vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun heç bir xəstəliyi olmayıb. Onun ölümünün səbəbi açıqlanmayıb.

Holden Trent 2023-cü ildən klubda çıxış edir. O, əsas komanda ilə heç bir oyunda iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43