24 Fevral 2025
Dünya futbolu

Modriç “Real”dan təklif gözləyir

“Real”ın yarımmüdafiəçisi Luka Modriçin klubla müqaviləsi mövsüm sonu başa çatır.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı daha bir il Madrid təmsilçisindən qalmaq istəyir. 39 yaşlı yarımmüdafiəçi “Real”ın rəhbərliyindən təklif gözləyir.

Modriç bu mövsüm Madrid komandasının heyətində 39 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43