Karlo Ançelotti Luka Modriçin mövsümün sonunda məşqçi heyətinə qatılmağını istəyir.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi bu təklifi qəbul etməyib. O, futbolçu karyerasını davam etdirmək istəyir.
Modriç 2012-ci ildən bəri “Real”da çıxış edir. “Kral klubu”nun mövsümün sonunda 38 yaşlı oyunçuyla müqavilə uzatmayacağı gözlənilir.