21 Sentyabr 2024
Ölkə futbolu

“Molde” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

“Qarabağ” bu gün UEFA Avropa Liqası qrup mərhələsinin V turunda səfərdə “Molde” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın Norveçə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmaya 6 min bilet satılıb. Görüş saatına qədər bu rəqəmin artacağı ehtimal edilir. Matç 11249 azarkeş tutumuna malik “Aker” stadionunda keçiriləcək.

Meydan sahibləri təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün stadionda 737 bilet ayrıb. 

Xatırladaq ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43