Ölkə futbolu

“Molde” – “Qarabağ” oyununun hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, qitə futbol qurumu Moldedə baş tutacaq görüşü belçikalı referilərə etibar edib.

Qarşılaşmanı Erik Lambrexts idarə edəcək. Ona Co de Veyrdt və Kevin Monteni kömək göstərəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Bundan başqa, fransalı Benoi Millo və belçikalı Yan Boterberq VAR hakimləri olacaqlar.

Noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43