Kateqoriyasız

“Molde” “Qarabağ”a müraciət etdi – Bakıya gəlmək istəmirlər

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Norveçin “Molde” klubu Ağdam təmsilçisinə müraciət ünvanlayıb.

Bu barədə İdmanxeber.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisi qarşı tərəfin müraciətinin nədən ibarət olması haqda danışıb:

“Molde Bakıya gəlmək istəmir. Səbəb də budur ki, Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınırsan. Norveç tərəfi bizə neytral meydanda oynamağı təklif edir. Özlərinin seçdiyi 5-6 meydan var və bunu bizə bildirdilər. Norveç hökuməti də həmin yerlərə karantin tələbi qoymayıb. Təbii ki, biz də bununla razılaşmırıq.

Burada bərabərlik hüququ pozulduğu üçün razı deyilik. Azərbaycan dövlətinin matçın ən yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığını UEFA-ya bildirmişik və qurumdan cavab gözləyirik. Həm klub, həm də ölkə olaraq, təhlükəsizliyə təminat vermişik ki, Bakıda oynayaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43