Kateqoriyasız

Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşib

Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı məlum olub.

Idmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43