24 Dekabr 2024
Kateqoriyasız

Moldova millisinin bir nömrəsi AZAL-da – RƏSMİ

AZAL-da daha bir rəsmi müqavilə də baş tutub. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Moldova yığmasının da əsas qapıçısı olan Stanislav Namaşko ilə anlaşıb. 27 yaşlı qolkiper 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Tiraspolda doğulan Namaşkonun ölkəsindəki karyerası məhz bu şəhərin təmsilçiləri ilə bağlıdı. Axı Stanislavın şərəfini qoruduğu “Tiraspol”, “Şerif” və 2014-cü ilin fevralından mövsümün sonuna qədər çıxış etdiyi “Dinamo-Avto” klubları məhz Tiraspolu təmsil edir. Namaşko Rusiyada legioner həyatı da yaşayıb. O, “Kuban”, Nalçik “Spartak”ı və Həştərxan “Volqar”ında oynayıb.

Kifayət qədər təcrübəyə sahib qolkiperin Moldovanın U-19 və U-21 yığmalarında çıxış etdikdən sonra 2007-ci ildən əsas millinin şərəfini qoruması da xüsusi vurğulanmalıdı. O, Moldovanın A millisində 40 oyuna çıxıb. Namaşko həm də 2011-ci ilin martında İsveç yığmasının superulduzu Zlatan İbrahimoviçin penalti zərbəsini dəf etməklə daha da məşhurluq qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43