İdman

Moldova millisinin üzvü: “Sübut etdik ki, top-səviyyəli komanda ilə oynaya bilərik”

“Çox maraqlı oyun alındı. Matçdan zövq aldım. Yaxşı çıxış etdik, xeyli qol imkanı yaratdıq”.

İdmanxeber.com-un məlumatına görə, bunu Moldova yığmasının futbolçusu Vladimir Ambros Azərbaycan milli komandası ilə Türkiyənin Antalya bölgəsində qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib. 25 yaşlı hücumçu nəticədən narazı qaldıqlarını bildirib: “Tablodakı hesabdan yox, sərgilədiyimiz oyundan razıyıq. Yaratdığımız epizodlara əsasən, qələbə qazana bilərdik”.

Daha bir moldovalı hücumçu Vitali Damaşkan isə əsas yığmadakı debütündən danışıb: “Bu, mənim üçün unudulmaz an və xoş xatirədir. Yığmaya dəvət alaraq, debüt imkanı qazanmağımdan məmnunam. Lakin öz oyunumdan razı deyiləm və bununla qane olmuram. Əminəm ki, daha çoxunu və yaxşısını bacararam. Sübut etdik ki, top-səviyyəli komanda ilə oynaya bilərik. Matçın gözəl alındığından əminəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43