“Monako” PSV-nin müdafiəçisi Cordan Tezeni transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 klubu oyunçuyla 5 illik müqavilə bağlayıb. “Monako” transfer üçün 12 milyon təzminat ödəyib.
Cordan Teze PSV-nin yetirməsidir. O, bu komandayla meydana çıxdığı 189 rəsmi matçda 4 qol vurub, 23 məhsuldar ötürmə ilə yadda qalıb.