18 Fevral 2025
Dünyadan

“Monako” yeni transferini rəsmən təqdim etdi

“Fulhem”in qolkiperi Martin Stekelenburq yeni mövsümdən etibarən karyerasını “Monako”da davam etdirəcək. Hollandiyalı icarə əsasında “qırmızı-ağlar”a keçib.

İcarə 1 il müddətinə nəzərdə tutulub. Stekelenburq knyazlıq klubunda 16 nömrəli forma altında çıxış edəcək.

31 yaşlı qapıçı geridə qalan mövsümdə 19 matçda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43