Dünya futbolu

“Monako” – “Yuventus” matçının hakimləri müəyyənləşdi

Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Monako” – “Yuventus” ilk oyununa hakim təyinatları açıqlanıb.

Matçı Antonio Mateu Laosun başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Bu işdə ona Pau Kebrian Devis və Xavyer Aquilar Rodriqes köməklik edəcək. Görüşün dördüncü hakimi funksiyasını Teodo Sobrino Magan yerinə yetirəcək.

“Monako” – “Yuventus” görüşü mayın 3-ü keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43