25 Oktyabr 2021
Milli komanda

Monteneqro – Azərbaycan matçının hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristina Georgieva olacaq. Ona yan xətt hakimləri Ekaterina Marinova və Pavleta Raşkova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristiana Qutev yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Berti Foqtsdan jurnalistlərə hörmətsizlik- VİDEO

admin

AFFA-dan Türkiyə ilə oyunla bağlı – Rəsmi açıqlama

admin

Millimizin oyunu canlı yayımlanacaqmı?

admin