Dünya futbolu

Motta PSJ-də qaldı

Tiaqo Motta PSJ ilə müqaviləni 1 illiyinə artırıb.

İdmanxeber.com-un məlumatına görə, 2 gün əvvəl yayılan xəbərlərdə tərəflərin yeni müqavilədə razılığa gələ bilməməsi və nəticədə futbolçunun komandanı tərk edəcəyi bildirilirdi. Lakin Paris klubu bu gün futbolçu ilə 2018-ci ilədək müqavilə imzalayıb.

Xatırladaq ki, Motta 2012-ci ildən PSJ-nin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43