“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasında üz-üzə gələcəkləri “Fənərbağça” görüşündən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, niderlandlı mütəxəssis İstanbul klubunun baş məşqçisi Joze Mourinyo barədə xoş szölər deyib:
“Onunla qarşılaşmağı, komandalarına qarşı oynamağı çox xoşlayıram. Jozenin həmişə yaxşı komandaları olur. O, qalibdir və çoxlu kuboklar qazanıb. Mourinyo bir çox məşqçilər üçün örnəkdir”.
Komandalar oktyabrın 24-də İstanbulda üz-üzə gələcək.