“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Didye Droqba haqqında danışıb.
İdmanxeber.com-un məlumatına görə, Mourinyo Droqbanın gələcək karyerası haqqında bu fikirləri deyib:
“Droqba artıq “Şanxay” və “Qalatasaray”a getməyəcək. Bura onun son dayanacağıdı. O, “Çelsi”nin gənc komandasının məşqçisi olacaq. Ya da “Çelsi”nin rəhbərliyində yer alacaq. Droqba hansı vəzifəni istəsə, o da olacaq. Abramoviç də onun klubda qalmasını istəyir”.