Bu gün “Çelsi” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda BBC məlumat yayıb.
Bu güc iclas keçirən klub rəhbərliyi 52 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Mourinyo bu il avqustun 7-də London klubu ilə müqaviləni uzatmışdı. Lakin yeni mövsümdə komanda uğursuz çıxış edib. Hazırda 16 turdan cəmi 15 xal toplayan “Çelsi” Premyer Liqada 16-cı yeri tutur.