“Volfsburq”un belçikalı üzvü Kevin De Brayn müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıtmaq fikrində deyil.
İdmanxeber.com-un məlumatına görə, futbolçu hələ londonluların düşərgəsinə qoşulmaq istəmədiyini deyib:
“Volsburq”da işlərim yaxşı gedir. Nə İngiltərədə, nə də İspaniyada oynamaqdan çəkinmirəm. Nə vaxtsa “Çelsi”yə qayıdacağam , ancaq Mourinyo orda baş məşqçi olduğu müddətdə bu mümkün olmayacaq”.
Qeyd edək ki, bu mövsüm Bundesliqada 34 oyuna çıxan belçikalı futbolçu 10 qol vurub və 24 dəfə məhsuldar ötürmə edib.