18 Oktyabr 2024
Dünya futbolu

“Mourinyo ilə münasibətimiz sevgililər kimi idi” – Pol Poqba

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba “Mançester Yunayted”də çıxış edərkən baş məşqçi Joze Mourinyo ilə münasibətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Daily Mail” nəşrinə açıqlama verən fransalı futbolçu maraqlı fikirlər səsləndirib:

“Mourinyo ilə münasibətimiz sevgililər kimi idi. Daim ayrılırdıq və barışdıq. Mançesterə qayıtmağımın səbəblərindən biri də o idi. Onunla danışdım və o, məni geri qayıtmağa inandırdı.

Bilmirəm niyə kabusa çevrildi, aramızda qarşıdurma yarandı. Amma bu münaqişəni mən başlamamışam. Məşqçilər futbolçularla bəzən razılaşmır Amma ona böyük hörmətim var. Sabah onu görsəm, böyük bir qucaqlaşma olacaq! Amma bir gün biz birlikdə oturub bunu müzakirə etməli olacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43