“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo yenidən “İnter”i çalışdıra bilər.
Spalettinin işindən narazı olan klub rəhbərliyi yenidən portuqaliyalı mütəxəssisi gündəminə alıb. İtaliya mətbuatı bu gün klubun baş direktoru Cüzeppe Marottonun Mourinyo ilə görüşəcəyini yazıb. Görüş zamanı Mourinyonun Milan təmsilçisinə qayıdıb-qayıtmayacağı müzakirə olunacaq.
Mourinyo 2008-2010-cü illərdə “İnter”i çalışdırıb.