“Mançester Yunayted”dən yollarını ayıran portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını İspaniyada davam etdirə bilər.
Portuqaliya mətbuatının verdiyi məlumata görə, təcrübəli mütəxəssis yenidən “Real”ın başına keçəcək. Lopeteginin komandadan ayrılmasından sonra köməkçi məşqçi Solarinin çalışdırdığı klub enişli-çıxışlı bir qrafik ortaya qoyur. Elə bu səbəbdən “Kral klubu” yenidən Joze Mourinyoyun qapısını döyə bilər.
Mourinyo 2010-13-cü illərdə “Real” klubunu çalışdırmış bir çempionluq, bir dəfə də ölkə kubokunu qazana bilmişdi.