“Roma”nın baş məşqçisi Joze Mourinyo hücumçu Romelu Lukakunun qol vurmasına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis belçikalı forvard barəsində xoş sözlər deyib: “Mən Romelunu xoşbəxt görürəm. Komandada sevildiyi və istəndiyi üçün özünü yaxşı hiss etməlidir. Bura gəldi və dərhal hiss etdi ki, komandaya onun kimi futbolçu lazımdır. Düşünürəm ki, o, həqiqətən xoşbəxtdir və qələbə qazanmağı sevir”.
Xatırladaq ki, “Roma” ötən gün doğma meydanda “Empoli”ni 7:0 hesabı ilə məğlub edib. Qollardan birini 30 yaşlı hücumçu vurub. Lukaku 2024-cü ilin yayında icarə əsasında “Roma”ya keçib.