Dünya futbolu

Mourinyo “Mançester Yunayted”in baş məşqçisi olacaq?

Cari mövsümdə gözlənilməz şəkildə “Çelsi”ylə uğursuz düçar olub, baş məşqçi postundan ayrılmaq məcburiyyətində qalan Joze Mourinyonun yeni iş yeri məlum olmaq üzrədi.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis yeni mövsümdən İngiltərənin ən titullu klubu olan “Mançester Yunayted”i çalışdıra bilər. Mourinyo “Qırmızı şeytanlar”la danışıqlar aparmaq məqsədilə Mançesterə yollanıb. Dünən tərəflər arasında ilkin görüş baş tutub və danışıqların birinci mərhələsi müsbət nəticələnib. Yaxın günlərdə klub rəsmiləriylə məşqçi yenidən bir araya gələcək.

Qeyd edək ki, cari mövsümdə “Mançester Yunayted”in işləri yaxşı getmir. Öncə Çempionlar Liqasında çıxışını başa vuran komanda daha sonra ölkədaxili çempionatda qələbə qazanmaqda çətinlik yaşayıb. Premyer Liqada 20 turdan sonra 40 xalla 5-ci sırada qərarlaşan “mankuniyanlar”ın ÇL-ə vəsiqə qazanmaq şansları aşağı qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43