Joze Mourinyonu “Real”da işlədiyi dövrdə onu yaxından təqib edən “El Pais”in müxbiri Dieqo Torres portuqaliyalı mütəxəssisin ağladığını iddia edib. Jurnalist yeni nəşr olunan “İtirməyə hazır olun” adlı kitabında bu barədə yazıb.
Torres portuqaliyalı mütəxəssisin “Mançester Yunayted”dən təklif gözlədiyini, David Moyes Premyer Liqa klubuna baş məşqçi təyin olunduqdan sonra göz yaşlarına hakim ola bilmədiyini yazıb. Sözügedən şəxsin yazdığına görə, bu ilin 8 martında səhərə qədər İngiltərədən zəng gözləyən Mourinyo “pis” xəbər gələndən sonra “Moyes heç bir nəticə qazanmayıb” deyib və ağlayıb.