10 İyun 2026
Dünya futbolu

Mourinyo onu “Real”a gətirir

“Real” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Joze Mourinyo “Sportinq”in yarımmüdafiəçisi Morten Hyulmandın transferində israrlıdır.

Portuqaliyalı mütəxəssis hesab edir ki, danimarkalı futbolçu oyun üslubu baxımından komandaya uyğun gəlir və yarımmüdafiə ilə hücum xətti arasındakı əlaqəni gücləndirə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43