“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçisi Joze Mourinyo sabiq oyunçusu Serxio Regulionu komandada görmək istəyir. Əgər Ferdi Kadıoğlu klubdan ayrılsa, portuqaliyalı “Tottenhem”in futbolçusunun transfer edilməsini tələb edəcək.
Xəbərdə London klubunun bu keçidə müsbət yanaşmadığı da bildirilir.