“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun klubdan ayrılacağı xəbərləri artmaqdadı.
İdmanxeber.com-un məlumatına görə, Britaniya mətbuatı portuqaliyalı mütəxəssisin əvəzinə hansı çalışdırıcının gələcəyini də yazıb.
“Daily Mail” qəzetinin yazdığına əsasən, Mourinyonun London klubundaki vəzifəsini Antonio Konte icra edə bilər.
İtalyalı mütəxəssisin yığma komanda ilə müqavilə müddəti 2016-cı ildə bitir. Yeni saziş isə hələ də imzalanmayıb