PSJ-nin başına keçəcəyi bildirilən Joze Mourinyo rəhbərlikdən ilk tələbini edib.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Paris təmsilçisindən “Fiorentina”nın yarımmüdafiəçi Sofian Amrabatla müqavilə bağlamasını istəyib.
Rəhbərlik oyunçunu heyətə cəlb etmək istəsə də, futbolçu “Barselona”da çıxış etmək niyyətindədir. Tərəflər arasında danışqların davam etdiyi vurğulanıb.
Mənbə yazır ki, mövsüm sonu PSJ-nin baş məşqçisi Kristof Qaltye ilə yollar ayrılır. Onun yerinə isə “Roma”nın çalışdırıcısı Mourinyo gələcək.