"Yuventus" klubu yeni transfer Alvaro Moratanın zədələnməsindən sonra onun yerinə Samuel Etonu heyətinə qatmaq fikrindədi.
İdmanxeber.com-un məlumatına görə, "Fiorentina", "Sampdoriya", "Roma", "Napoli", "Tottenhem" və "Kvins Park" kimi klubların da maraqlandıqı Kamerun millisinin və "Çelsi"nin hücumçusu Samuel Etoya "Yuventus" 1 illik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunrsa yaxın günlərdə bu keçid baş tutacaq.