Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Mövlud Mirəliyevə həvalə olunub.
İdmanxeber.az Sportlife.az-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Mirəliyevlə razılıq əldə edib və gələn həftə məşqçinin təyinatı rəsmiləşəcək.
Ruslan Maşurenkonu əvəz edəcək Mövlud Mirəliyev 2016-cı ildə də Azərbaycan cüdo yığmasına rəhbərlik edib. Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Mirəliyevin rəhbərlik etdiyi Azərbaycan millisi iki gümüş medal qazanmışdı.