Dünya futbolu

Mövsümdə 3-cü dəfə – Mikel Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsüm üçüncü dəfə Premyer Liqada ayın baş məşqçisi seçilib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yanvar ayındakı performansı ilə Unay Emeri (“Aston Villa”), Roberto De Zerbi (“Brayton”), Tomas Frank (“Brentford”) və Stiv Kuperi (“Nottingem Forest”) qabaqlayıb.

London klubu keçən ay ərzində keçirilən üç görüşdə “Tottenhem” (2:0) və “Mançester Yunayted”i (3:2) məğlub edib. “Nyukasl”a qarşı oyun isə qolsuz bərabərliklə sona çatıb.

Arteta ardıcıl ikinci bu mövsüm isə üçüncü dəfə Premyer Liqada ayın meneceri seçilib. Premyer Liqada bu sahədə rekord “Liverpul”un baş məşqçisi Yurgen Kloppa məxsusdur. Almaniyalı çalışdırı 2019-20 mövsümündə 5 dəfə bu ada layiq görülüb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43