Kateqoriyasız

Mövsümün ən yaxşısı budursa…

Azərbaycan Premyer Liqasında 15-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, ən yaxşı göstərici turun mərkəzi matçı – “Neftçi” – “Qarabağ” oyununda qeydə alınıb. Azərbaycan derbisini “Bakcell Arena”da 3500 tamaşaçı izləyib. Bu tərəflər arasında cari mövsümdə baş tutan oyunlarda ən çox qeydə alınan azarkeş sayı kimi də diqqət çəkdi.

Turun ən bərbad göstəricisi isə Masazırdakı “Sabah” – “Qəbələ” matçənda olub. Belə ki, avrokuboklarda uğrunda mübarizə aparan iki komandanın duelini stadiondan cəmi 300 azarkeş izləyib.

Ümumilikdə isə bu turda qeydə alınan tamaşaçı sayı 4550-di. Sıralama aşağıdakı kimidi:

“Neftçi” – “Qarabağ” – 3500 tamaşaçı

“Keşlə” – “Zirə” – 400 tamaşçı

“Səbail” – “Sumqayıt” – 350 tamaşaçı

“Sabah” – “Qəbələ” – 300 tamaşaçı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43